Bakıda "parnik"də narkotik əkib-becərən saxlanıldı - FOTO - VİDEO

Bakının Hövsan qəsəbəsində bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev saxlanılıb. Onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2 kiloqram olan marixuana aşkar edilib. Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı rayon Polis İdarəsinə göndərilib. Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ














