Bakıda polisdən qaçıb zirzəmidə gizlənənlər tutuldu

Bakıda oğurluqda şübhəli bilinən 4 nəfər binanın zirzəmisində saxlanılıb.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Nərimanov rayonunda baş verib. Belə ki, axşam saat 19:50 radələrində polisə 2 saylı binanın zirzəmisində bir qrup oğurluq etməkdə şübhəli bilinən şəxsin toplaşması məlumatı daxil olub.
Dərhal polislər binanın zirzəmisinə daxil olub və qapalı otaqda 4 nəfərin öz aralarında söhbət etdiklərini görüb, onlara yaxışlaşıblar. Həmin şəxslərin şəxsiyyət vəsiqələri tələb edildikdə, özlərini qeyri-adekvat apararaq digər zirzəmiyə qaçmağa cəhd ediblər. Lakin zirzəminin digər giriş-çıxışları polis əməkdaşları tərəfindən nəzarətə götürüldüyündən onların qaçmasının qarşısı alınıb, saxlanılması təmin edilib.
Saxlanılan şəxslər inzibati ərazidə baş vermiş cinayət hadisəsində şübhəli olduğu və polisin qanuni tələbinə tabe olmadığı üçün Polis Şöbəsinə gətirilib, şöbədə şəxsiyyətləri müəyyən edilib.
Saxlanılanlar məhkəmənin qərarı ilə həbs olunublar.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












