Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

Bakıda qadına qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Günay Muradova (ad və soyad şərtidir) polisə şikayətində bildirib ki, özünü Kənan adı ilə tanıdan taksi sürücüsü onu bəhanə ilə şəhərdən kənara aparıb və intim əlaqədə olmaq istəyib. Bu təklifləri qəbul etmədikdən sonra sürücü onu şəhərə qaytarmağa məcbur olub, daha sonra isə mobil telefon nömrəsinə təhqiramiz sözlər yazıb.
Şikayət əsasında taksi sürücüsü, 1995-ci il təvəllüdlü Kənan Ağayev saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən, protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ona 150 manat cərimə cəzası verilib.
Cəza təyin edilərkən qadın müştərinin şikayətini geri götürməsi nəzərə alınıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












