Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi

Hadisə 26 Fevral 2026 19:03
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda qumar oyununda iştirak edən şəxs inzibati məsuliyyətə cəlb edilib. Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, Vasif Bağırov (ad-soyad şərti verilib – red.) Nərimanov rayonu ərazisində “pin-up” və “mosbet” onlyan qumar saytına daxil olaraq qumar oyunları oynayıb. Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Bağırov bildirib ki, taksi sürücüsü kimi işləyir, maddi imkanı olmadığı üçün internetdə qarşısına çıxan saytlara daxil olaraq qumar oyunları oynayıb: “Sonuncu dəfə fevralın 3-də Nərimanov rayonu ərazisində olarkən oynamışam. Heç bir uduş məbləği əldə edə bilməmişəm. Əməlimdən peşman olmuşam”.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Bağırov 3 min manat cərimə edilib.

Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh