Bakıda maşını bərk sürən taksi sürücüsü ilə sərnişin xanım mübahisə etdi; işə polis qarışdı

Bakıda taksi sürücüsü ilə xanım sərnişinin mübahisəsini əks etdirən görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, videogörüntülər sosial şəbəkədə paylaşılıb və istifadəçilər arasında ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə aprelin 22-də Nizami rayonu ərazisində baş verib. Mübahisə tərəfləri qarşılıqlı olaraq polisə müraciət ediblər. Yanında azyaşlı övladı olan L.Mustafayeva ilə avtomobilin yüksək sürətlə idarə edilməsinə görə iradından əsəbiləşən sürücü Ə.Mustafayev arasında mübahisə yaranıb. Müraciətlərə müvafiq polis bölməsində baxılmaqla, araşdırma aparılıb. Məlum olub ki, həmin xanım polis əməkdaşı deyil, jurnalist fəaliyyəti ilə məşğuldur. Araşdırma zamanı hər iki tərəf izahat ərizələrində göstərdikləri xüsusatları təsdiq ediblər. Araşdırmanın gedişində tərəflər ərizə ilə təkrar müraciət edərək barışdıqlarını və şikayətlərinin olmadığını bildiriblər.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












