Bakıda tanışını armaturla döyən şəxsə hökm oxunub

Bakıda tanışını amansızlıqla döyərək xəsarət yetirən Coşqun Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. O, məhkəmə zalında həbs edilib. Qeyd edək ki, hadisə 2020-ci ilin noyabrında paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində baş verib. Belə ki, C.Novruzov tanışı Adil Rəhimovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı küt alətlə amansızcasına döyərək ona ağır xəsarət yetirib. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması diaqnozu qoyulub. Faktla bağlı C.Novruzov və barəsində Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. C.Novruzov istintaq və məhkəmə dövründə polis nəzarətində olub.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












