Bakıda təhlükəli vəziyyət: Sakinlər risk altındadır - VİDEO

Sabunçu rayonu, Savalan yaşayış massivinin sakinləri məişət tullantılarını ərazidən keçən qaz xəttinin üzərinə atmalı olurlar. Onlar buna səbəb kimi, ərazidə zibil qutularının olmamasını göstərirlər.
Ərazidən keçən qaz xəttinin ətrafı zibilliyə çevrilib. Sakinlər problemdən çıxış yolunu zibilləri yandırmaqla həll edirlər. Bura Paytaxtın Sabunçu rayonu, Savalan yaşayış massividir. Massivdə yaşayan sakinlər məişət tullantılarını evlərinin yaxınlığında yerləşən qaz xəttinin ətrafına atırlar. Onların sözlərinə görə, əraziyə zibil atmalarına səbəb burada zibil qutularının olmamasıdır. Sakinlər deyir ki, əraziyə zibil qutuları qoyularsa problem tamamilə həll edilə bilər. Çünki zibil qutuları olmadığından digər ərazilərdə olan sakinlər də zibillərini bura atmalı olurlar. Problemə bağlı çəkiliş apardıqdan sonra Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları əraziyə cəlb olundular. Ərazidə olan məişət tullantılarının təmizlənməsinə başlanıldı. İdarədən bildirildi ki, yol infrastruktu imkan vermədiyindən həmin yerə zibil qutularının qoyulması mümkün deyil. Çünki zibil qutuları qoyularsa onun daşınması üçün texnika əraziyə daxil ola bilməyəcək. Ümumilikdə isə sakinləri narahat edən bu problem tamamilə həll ediləcək.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












