Nazirlik rəsmisi: “Yasamalda baş verən hadisə torpaq sürüşməsi deyil” - FOTO - YENİLƏNİB

“Bu gün paytaxtın Yasamal rayonu, Qurban Xəlilov küçəsində yamacda baş verən hadisə torpaq sürüşməsi deyil”.
Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Onun sözlərinə görə, hadisəyə səbəb həmin ərazidə olan evlərin birində həyətin həddən artıq sulanması olub:
“Bizim əməkdaşlar həmin əraziyə cəlb olunub və hadisəni analiz ediblər. İntensiv suvarma nəticəsində yamacın başındakı daş parçası yola düşüb. Artıq yol təmizlənib, heç bir problem yoxdur. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Yasamal rayonunun Qurban Xəlilov küçəsindəki yamacda sürüşmə baş verməyib. Orada nə sürüşmə, nə də uçqun prosesinin potensialı yoxdur. Ərazi dayanıqlı vəziyyətdədir”.
10:17
Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçikmiqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.
APA-nın xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib.
Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib.



Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












