Bakıda tutulan taksi sürücüsü qadınlara qarşı görün nələr edirmiş - 66 profili üzə çıxdı

Xəbər verdiyimiz kimi, Bakıda Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat nəticəsində xanım sərnişinlərə qarşı əxlaqsız təkliflər edən, narkotik istifadəçisi olan 31 taksi sürücüsü aşkar edilib. Onlardan biri ilə bağlı maraqlı faktlar üzə çıxıb. DİN-nin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 TikTok hesabı, 12 Instagram profili olması müəyyən edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu şəxs özünü müxtəlif media orqanlarının əməkdaşı kimi də təqdim edirmiş. O, qayda pozan sürücülərin videolarını çəkərək onları qaydalara əməl etməyə çağırır, eyni zamanda videoları saytlara göndərirmiş. Özü isə müştəri kimi maşına əyləşən xanımlara əxlaqsız təkliflər edərək zorla tanış olmağa çalışırmış. "Ətriniz adamı bihuş edir, necə də gözəl qadınsınız, gedək sizə qulluq edim, tanış olaq, sizi dolandıraram" və sair bu kimi sözlərlə onlarla əlaqə qurmağa çalışıb. Həmin qadınların polisə müraciətindən sonra sürücü nəzarətə götürülüb və fakt təsdiqini tapıb.
Hazırda saxlanılan sürücülər barəsində araşdırmalar davam edir.
Elmin
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












