Bakıda uşağın əli metro vaqonunun qapısında qaldı - YENİLƏNİB

Sosial şəbəkələrdə Bakı metropoliteninin "Nərimanov" stansiyası ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki, stansiyada qatarın qapısı bağlanarkən, bir uşağın əlinin vaqon qapısı arasında qaldığından valideyn anidən həyəcanlanaraq, təşviş içində köməyə çağırıb.
Bakı metropolitenindən verilən məlumata görə, dərhal metropoliten əməkdaşları və polis işçiləri sərnişinə kömək göstərib. Hadisə nəticəsində azyaşlı sərnişinin xəsarət və ya zədə almadığı müəyyən olunub.
Valideyn hər hansısa digər köməkdən və təcili tibbi yardım xidmətinin dəvət olunmasından imtina edərək, yoluna davam edib. Valideynin təşviş içində olması digər sərnişinlərə də sirayət edib. Dərhal ciddi problemin və təşvişə əsasların olmaması sərnişinlərin diqqətinə çatdırılıb.
Bildiririk ki, hadisə nəticəsində sərnişinlərin hərəkət təhlükəsizliyi, o cümlədən qatarların hərəkət qrafiki ilə bağlı ciddi problem yaranmayıb.
Bir daha xatırladırıq ki, metropolitendən istifadə edərkən, ələlxüsus qatara minib-düşərkən azyaşlı sərnişinlərin diqqətdə saxlanması, onlara nəzarət olunması unudulmamalıdır.
***
Sosial şəbəkələrdə Bakı metropoliteninin "Nərimanov" stansiyası ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Metropolitendən verilən məlumata görə, stansiyada qatarın qapısı bağlanarkən, bir uşağın əlinin vaqon qapısı arasında qaldığından valideyn anidən həyəcanlanaraq, təşviş içində köməyə çağırıb.
Dərhal metropoliten əməkdaşları və polis işçiləri sərnişinə kömək göstərib. Hadisə nəticəsində azyaşlı sərnişinin xəsarət və ya zədə almadığı müəyyən olunub.
Valideyn hansısa digər köməkdən və təcili tibbi yardım xidmətinin dəvət olunmasından imtina edərək gedib. Valideynin təşviş içində olması digər sərnişinlərə də sirayət edib. Dərhal ciddi problemin və təşvişə əsasların olmaması sərnişinlərin diqqətinə çatdırılıb.
Bildiririk ki, hadisə nəticəsində sərnişinlərin hərəkət təhlükəsizliyi, o cümlədən qatarların hərəkət qrafiki ilə bağlı ciddi problem yaranmayıb.
Bir daha xatırladırıq ki, metropolitendən istifadə edərkən, ələlxüsus qatara minib-düşərkən azyaşlı sərnişinlərin diqqətdə saxlanması, onlara nəzarət olunması unudulmamalıdır. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












