Bakıda yanan mikravtobusu söndürmək istəyən sürücü öldü - FOTO

Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib.
Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 47 yaşlı Bəylərov İldırım Kamal oğlu idarəetməsində olan “Mercedes” markalı mikroavtobusla Gəncədən Bakıya sərnişin gətirib.
O, sərnişinləri Biləcəri dairəsində düşürərkən qəfil nəqliyyat vasitəsinin mühərrik hissəsində tüstülənmə baş verib. Sürücü ətrafdan su tapıb gətirərkən yerə yıxılaraq can verib.
Dərhal hadisə şahidləri təcili tibbi yardım xidmətinə müraciət edib.
Həkimlər onun artıq ürəktutmasından öldüyünü bildiriblər.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
Ölən sürücünün meyiti müayinə olunması üçün morqa yerləşdirilib.
İ.Bəylərovun dəqiq hansı səbəbdən öldüyü ekspertlər tərəfindən araşdırılır. (apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
















