Bakının mərkəzində ağacları belə məhv etdilər - VİDEO

Bakıda çoxillik ağac kəsilərək məhv edilib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində qeydə alınıb. Ərazidə xidmət göstərən mühafizəçi ağacların kəsildiyi ərazinin sahibinin ölkədə olmadığını bildirsə də, onun əlaqə nömrəsini bizə verdi. Hazırda ölkə xaricində olduğunu deyən və özünü Asif Abdullayev kimi təqdim edən mülk sahibi bildirdi ki, həmin ərazi onun şəxsi mülkiyyətindədir. Bununla bağlı çıxarışı da var. Torpaq sahibi onu da bildirdi ki, ərazi ona məxsus olduğundan orada hər hansı bir ağacın əkilməsi və ya kəsilməsi onun şəxsi qərarıdır. Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Maqsud Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib. Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacları kimin kəsdiyini müəyyən etmək və barəsində qanunamüvafiq tədbirlər görmək məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












