"BakuBus" avtobuslarının katalizatorları oğurlandı - Texniki baxış zamanı üstü açıldı

"BakuBus"a məxsus avtobusların katalizatoru oğurlanıb. Avtosfer.az-ın "Teleqraf"a istinadən məlumatına görə, bununla bağlı cinayət məsuliyyətinə iki nəfər cəlb olunub.
Məlum olub ki, "BakuBus"un Suraxanı rayonu Zığ qəsəbəsində, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən avtoparklarındakı "İveco" markalı avtobusların katalizatorları oğurlanıb.
Ümumilikdə 31 avtobusun katalizatorunun oğurlanması nəticəsində "BakuBus"a xeyli miqdarda ziyan dəyib.
Həmin avtobuslar 2015-ci ildə Avropa oyunları ilə əlaqədar olaraq Bakıya gətirilib. 2022-ci ildən isə avtobusların istismarı dayandırılıb. Buna səbəb həmin avtobusların ikinci əl ehtiyat hissələrinin çox məhdud sayda olması olub. Məhz bu səbəbdən Bakı şəhərində belə ehtiyat hissələri istehsal edən zavod yaradılıb və avtobusların yenidən istismarı planlaşdırılıb.
Sözügedən avtobuslar bəziləri Albalılıq adlanan ərazidə yerləşən qarajda, bəziləri isə Zığ qarajında saxlanılıb. Məsələ burasındadır ki, oğurluq edənlər qarajların mühafizəsinin təmin edilməsi ilə
əlaqədar olaraq "BakuBus" tərəfindən elan edilmiş tenderin qalibi olan şirkətdə çalışıblar.
Cinayət hadisəsinin üstü sonradan avtobusların texniki baxış keçirilməsi zamanı açılıb.
Qeyd edək ki, cinayət hadisəsinə görə Şəmistan və Həsən adlı mühazifəçilər 2 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












