Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanıldı - FOTO

Qızılağac Milli Parkının ərazisində elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.
Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz balıq ovlayan Lənkəran rayon sakini R.Mustafayev saxlanılıb.
Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. R.Mustafayevin təbiətə 1 089 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO















