Belçikada avtomobil kütləyə çırpılması nəticəsində 6 nəfər ölüb - YENİLƏNİB

Belçikanın Strepi-Brakeni şəhərində karnaval şənliyi zamanı avtomobilin kütləyə çırpılması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Belçika Səhiyyə Nazirliyi məlumat yayıb. Xəstəxanalara yerləşdirilən 10 nəfərin durumu ağırdır, 27 nəfər isə yüngül xəsarət alıb. Hadisə ilə bağlı prokurorluq avtomobildə olan 1988 və 1990-cı il təvəllüdlü iki yerli sakini saxlayıb. Qəzanın səbəbi araşdırılır. Ancaq prokurorluq hadisənin terror aktı olmasını göstərən hər hansı məqam olmadığını bildirib.
***
13.07
Belçikanın Strepi-Brakeni şəhərində karnaval şənliyi zamanı avtomobil kütləyə çırpılıb.
Avtosfer.az RTL telekanalına istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 05.00 radələrində baş verib. Nəticədə ən azı 4 nəfər ölüb, 12 nəfər ağır, 20 nəfər yüngül xəsarət alıb. Strepi-Brakeni meri hadisəni "faciə" adlandırıb.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












