Berlində avtomobili insanların üzərinə sürən şübhəli ilə bağlı maraqlı DETALLAR - FOTO

Hadisə 26 İyul 2026 19:36
Berlində avtomobili insanların üzərinə sürən şübhəli ilə bağlı maraqlı DETALLAR - FOTO
WhatsApp kanalımıza abunə olun

Berlinin mərkəzində yerləşən Tirqarten parkı yaxınlığında avtomobili bir qrup insanın üzərinə sürməkdə şübhəli bilinən gəncin daha əvvəl terror aktı hazırlamaqda təqsirli bilindiyi və məcburi deradikallaşdırma proqramına cəlb olunduğu məlum olub.

Avtosfer.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, şübhəli Əbdül Bəllut 2025-ci ildə Suriyaya getməyə cəhd edib. Lakin o, Livanda saxlanılıb və Almaniya vətəndaşı kimi yenidən Berlinə deportasiya edilib.

Bundan başqa, iddia olunur ki, 2026-cı ilin mayında Tirqarten Rayon Məhkəməsi onu dövlət təhlükəsizliyinə qarşı yönəlmiş ağır zorakı cinayətin hazırlanması maddəsi ilə 1 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Prokurorluq isə onun 2 il 10 ay həbs cəzası almasını tələb edərək hökmdən apellyasiya şikayəti verib. Apellyasiya baxışı davam etdiyi müddətdə polis Əbdül Bəllutu vaxtaşırı gizli nəzarətdə saxlayıb və telefon danışıqlarını dinləyib.

Öz növbəsində "Die Welt" qəzeti yazır ki, həbsdən azad olunduqdan sonra Əbdül Bəlluta deradikallaşdırma üzrə məsləhət proqramı çərçivəsində 26 görüşdə iştirak etmək tapşırılıb. Buna səbəb onun sosial şəbəkələrdə terror qruplaşmasını dəstəklədiyi ehtimal olunan paylaşımlar edib.

Söhbətin hansı terror qruplaşmasından getdiyi hələlik açıqlanmayıb. Əbdül Bəllut ilk iki görüşdə - iyunun 15-də və iyulun 9-da könüllü əsaslarla iştirak edib. Üçüncü görüş isə iyulun 27-nə təyin olunmuşdu. Həmin görüşdən sonra proqramın davam etdirilib-etdirilməməsi ilə bağlı qərar verilməsi planlaşdırılırdı.

Berlində avtomobili insanların üzərinə sürən şübhəli ilə bağlı maraqlı DETALLAR - FOTO

Oxunub : 114
ŞƏRH YAZ
Ad

E-mail

Şərh