1055 kilometrlik yola Trampın adını verdilər - VİDEO

Mərakeşdə Tiznit və Daxla şəhərlərini birləşdirən sürətli avtomobil yoluna ABŞ Prezidenti Donald Trampın adı verilib.
Avtosfer.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək, qərara görə Mərakeş Kralı VI Məhəmmədə təşəkkür edib və bunu “böyük şərəf” adlandırıb.
O, “Donald J. Trump Highway” adlandırılan yolun bütün uzunluğunu yaxın gələcəkdə avtomobillə keçməyə ümid etdiyini bildirib.
Tiznit-Daxla sürətli yolu Mərakeşin Atlantik sahili boyunca təxminən 1055 kilometr uzanır. Marşrut Quelmim, Tan-Tan, Laayun və Bujdur kimi şəhərlərdən keçərək Daxlaya çatır.
Layihənin təməli 2015-ci ildə Mərakeşin cənub əyalətlərinin inkişaf proqramı çərçivəsində qoyulub. Yolun son hissəsi 2025-ci ilin yanvarında istifadəyə verilib. Layihəyə ümumilikdə təxminən 9-10 milyard dirhəm sərmayə qoyulduğu bildirilir.
Yeni avtomobil yolu ölkənin şimal və cənub bölgələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, səfər müddətinin azaldılması və ticarət imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Yolun Daxla Atlantik Limanı ilə əlaqələndirilməsi də nəzərdə tutulur. Tikintisi davam edən limanın regionda ticarət və logistika imkanlarını genişləndirməsi gözlənilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












