Biləcəridə yol çöküb, hərəkət iflic olub - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında əməkdaşlar Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində olublar. Vətəndaşların sözlərinə görə, mayın 7-də ərazidə yolun çökməsi baş verib və müvafiq qurumlar tərəfindən problem qısa müddətdə aradan qaldırılıb.
Lakin müəyyən vaxt keçdikdən sonra həmin hissənin yaxınlığında yenidən çökmə qeydə alınıb. Sakinlər bildirirlər ki, üç aya yaxındır problem həll olunmayıb. Nəticədə iki avtomobilin eyni vaxtda hərəkət edə bildiyi yolun bir hissəsi bağlanıb.
Sürücülər maneəni keçmək üçün qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkət etməyə məcbur qalırlar. Bu isə ərazidə sıxlıq və tıxacın yaranmasına səbəb olur.
"Axşam saat 6-dan sonra gəlib buranı çəkin, görün tıxac hara qədər uzanır", - deyə sürücülərdən biri bildirib.
Başqa bir sürücü isə yaranmış vəziyyətdən əziyyət çəkdiklərini deyib: "Zülm çəkirik, evimizə gedə bilmirik. Bura yeganə yoldur. Bezmişik. Bir-iki aya yaxındır vəziyyət belədir".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə istismar müddətini başa vurmuş, diametri 1000 millimetr olan tullantı su xəttinin bir neçə hissəsində çökmələr qeydə alınıb.
Bakı Sukanal İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Çökmələrin baş verdiyi hissələrdə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hazırda mövcud kollektorun əvəzinə 750 metr uzunluğunda yeni kollektorun tikintisi ilə bağlı layihə hazırlanıb.
Müvafiq icazələr alındıqdan sonra yaxın günlərdə yeni xəttin inşasına başlanılması nəzərdə tutulur.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












