Beş il əvvəl çəkilmiş yol sıradan çıxıb - VİDEO

Astarada 5 il əvvəl çəkilmiş yol artıq sıradan çıxıb.
Avtosfer.az-ın məlumatına görə, söhbət Astara rayonunun dağ kəndlərinə aparan Təxtənəkəran-Toradi avtomobil yolundan gedir. 2017-ci ildə tikilərək istifadəyə verilən yolda iri çalalar əmələ gəlib, bir sıra hissələrdə çökmələr yaranıb. Təxtənəkəran-Toradi avtomobil yolundan Astara və Lerik rayonlarının ümumilikdə 7000-dən çox sakini istifadə edir. Sakinlər deyirlər ki, yağan yağışlar səbəbindən dağdan sürüşərək yola tökülən torpaq qatı asfalt örtüyünü tamamilə dağıdıb. Nəticədə yoldan istifadə çətinləşib. Yoldakı problemlərlə bağlı balansında olduğu 49 saylı yol istismarı MMC-yə müraciət etdik. Qurum rəsmisi Tərlan Ağamalıyev bildirib ki, yolun asfalt örtüyünün sıradan çıxması təbii hadisələrlə əlaqəlidir. O əlavə edib ki, hazırda yolda təmir işləri aparılır və vəziyyət nəzarətdə saxlanacaq.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












