Beş polis təlim zamanı xəsarət alıb

Fransanın paytaxtı Parisdə çevik reaksiya bölmələrində təlim keçən beş polis qapalı otağa gözlənilmədən qumbara atılması nəticəsində zəhərlənib.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 9 yanvarda baş versə də, bu barədə məlumat bu gün yayılıb.
İnsident Parisdəki mühafizə şirkətinin qərargahında təlim zamanı baş verib.
Qeyd olunur ki, polis əməkdaşlarından biri komadadır, digər həmkarları isə nəfəs almaqda çətinlik çəkirlər. Bunun səbəbi, ehtimal ki, karbon qazının təsiridir. Ümumilikdə hadisə nəticəsində iki polis xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, təlimçi tabeliyində olanları gözlənilmədən yaxalamaq və onların stresli vəziyyətdə davranışlarını yoxlamaq istəyib. Lakin o, bu tip qumbaranın karbon qazı buraxdığını və qapalı məkanlarda istifadəsinə məhdudiyyətlər olduğunu nəzərə almayıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












