Bibər yükündən narkotik çıxdı, sürücü təqsirsiz sayıldı

İrandan Azərbaycana 88 kiloqram narkotik vasitə keçirən TIR sürücüsünə bəraət verilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Məmməd Ağayev (ad və soyad şərtidir) özünə məxsus DAF markalı yük maşını ilə beynəlxalq yükdaşıma həyata keçirməklə məşğul olub. O, bir müddət əvvəl İrana yük aparsa da, geri qayıdanda daşımaq üçün yük tapmayıb. M.Ağayev Lənkəranda olan Elman adlı digər TIR sürücüsü ilə əlaqə saxlayaraq, İrandan Azərbaycana sifarişlə yük daşımaq istədiyini bildirib. Elman ona Nəvid adlı İran vətəndaşının əlaqə nömrəsini verib. Bildirib ki, Nəvid İranda yükdaşıma sahəsində maklerlik edir. Məmməd Nəvidlə əlaqə saxlayıb və müştəri tapacağı təqdirdə ona 290 min rus rublu ödəyəcəyinə söz verib. Nəvid həmin məbləğlə razılaşıb və onu İranda anbarlardan birinə apararaq, orada Bakıya göndəriləcək bir maşın bibər yükü olduğunu deyib. Məmməd idarə etdiyi yük maşınını həmin anbara daxil edib və yük maşına yüklənilib.
Məmməd Azərbaycana qayıdarkən Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən "Cənub-Astara" gömrük postunda saxlanılıb və yüklər yoxlanılıb. Yoxlama zamanı bibər yeşiklərinin arasında 154 bağlamadan ibarət ümumi çəkisi 87 kiloqram 930 qram olan narkotik vasitə olan marixuana aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb və iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs yükün içərisinə baxmayıb və orada nə olduğunu bilməyib. Araşdırmalardan sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə M.Ağayevin günahı sübuta yetirilmədiyindən ona bəraət verilib.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












