Biləsuvar sakininin ölümünün təfərrüatları məlum oldu - YENİLƏNİB

Biləsuvarda ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.
Bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İlkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
***
Biləsuvar sakininin tüfəngdən açılan atəş nəticəsində ölməsinin bəzi təfərrüatları məlum olub.
Hadisə bu gün saat 17 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi yaxınlığında ov zamanı baş verib.
Belə ki, Biləsuvar şəhər sakini, 1967-ci il təvəllüdlü Tağıyev Zakir Gülab oğlu ov zamanı başından qırma xəsarətləri alıb. Daha sonra təcili yardım avtomobili ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin artıq onun öldüyü məlum olub.
Hazırda hadisənin mərhumun özü və ya başqası tərəfindən törədilməsi dəqiqləşdirilir.
Faktlı ilə bağlı araşdırma aparılır. (report)
***
Yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi ilə barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, ölüm faktlı ilə bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












