Biləsuvardakı faciəyə səbəb “Wi-Fi” modeminin partlaması imiş - TƏFƏRRÜAT

Dünən Biləsuvarda evdə baş vermiş və 1943-cü il təvəllüdlü Nənələr Sərdar qızı Əhədovanın ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub.
Avtosfer.az xəbər verir ki, faciə ilə nəticələnən yanğının evdəki “Wi-Fi” modeminin partlaması səbəbindən baş verməsi üzə çıxıb. Belə ki, mənzilin girişindəki aparat partlayaraq alovlandıqdan sonra yanğın divana keçib və evə yayılıb. Səhər yuxusunda olan ailə üzvləri çətinliklə mənzili tərk edə biliblər. Lakin 79 yaşlı N.Məmmədova içəridə qalıb və yanaraq həyatını itirib.
Hadisə nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli ev tamamilə yanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, yanğın dekabrın 20-si saat 05 radələrində şəhərin S.Rufullayev küçəsi 8 ünvanında qeydə alınmışdı.
“Qafqazinfo”
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












