Bir sərnişinə görə təyyarədəkilər yolda qaldı

ABŞ "Frontier Airlines" Hava Yollarına məxsus təyyarə bıçaqlı sərnişinə görə təcili eniş edib.
Avtosfer.az bildirir ki, hadisənin təfərrüatlarını hava limanının rəsmi nümayəndəsinə istinadən "New York Post" nəşr edib.
İnsident cümə günü, noyabrın 11-də Sinsinnatidən Tampaya uçan təyyarədə baş verib. Nəşrin məlumatına görə, uçuş zamanı sərnişinlərdən biri qəflətən özünü aqressiv aparmağa başlayıb: əvvəlcə həmin şəxs stüardessalarla mübahisə edib, sonra isə bıçaqla digər sərnişinləri və uçuş heyətinin üzvlərini qorxutmağa başlayıb.
Təyyarədə yaranan çaxnaşma səbəbindən laynerin kapitanı "Hartsfield-Cekson" Atlanta Beynəlxalq Hava Limanında eniş etmək qərarına gəlib. Eniş etdikdən sonra qeyri-adekvat sərnişin polis tərəfindən saxlanılıb. "Frontier Airlines" Hava Yollarının sözçüsü Cennifer De La Kruz hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib: "Təyyarə təhlükəsiz şəkildə Atlantaya endi və sərnişin hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb".
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












