Boğularaq öldürülən şəhid xanımının atası DANIŞDI - ŞOK TƏFƏRRÜATLAR - VİDEO

Qadın qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxılanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Xızı rayon prokurorluğu məlumat yayıb.
Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
İbtidai istintaq davam edir.
Baku TV-nin əməkdaşı qətlin baş verdiyi ərazidə - Giləzi qəsəbəsində olub. Mərhumun atası Asim Məlikov hadisənin planlı şəkildə baş verdiyini iddia edib. Onun sözlərindən belə məlum olur ki, qətli törədən şəxs mərhumun mobil telefon istifadə etməsindən narazı olub.
A. Məlikov bununla bağlı deyib: “İndi hamının qızı, gəlini mobil telefondan istifadə edir. O ki, əxlaqsızlıq etməyib. Telefon işlədəndə nə olar ki?”.
Qeyd edək ki, Ləman Qurbanova şəhid Saleh Qurbanovun həyat yoldaşı olub.
Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Saleh Qurbanov Prezident İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












