Bolqarıstanda İstanbulda törədilən terrorla bağlı 5 nəfər saxlanılıb

İstanbulda törədilən terror aktında şübhəli bilinən şəxslər Bolqarıstanda saxlanılıb.
Avtosfer.az NOVA agentliyinə istinadən xəbər verir ki, İstanbulda baş verən ölümcül hücumda şübhəli bilinən 5 nəfər Bolqarıstanda həbs edilib. Bildirilib ki, saxlanılanlar arasında 3 nəfər Moldova vətəndaşı və bir nəfər ərəb əsilli şəxs var. Həbs olunanlar arasında terrora görə İnterpol tərəfindən axtarışa verilən şəxsin köməkçisi də var.
Bu şəxslər İstanbulda terror aktı törədən şəxsə yardım etdiyinə görə müttəhim qismində saxlanılıb. Onlar terror aktı törədən şəxsə logistika və kommunikasiya ilə bağlı kömək edib.
NOVA-nın məlumatına görə, onlar həm Türkiyədə, həm də Aİ ölkəsində yeni terror aktları həyata keçirmək niyyətində olublar.
Bolqarıstan Baş prokurorunun sözçüsü Siika Mileva xəbəri təsdiqləyib. Onun sözlərinə görə, faktla bağlı Terrorla Mübarizə İdarəsində cinayət işi başlanıb və bu gün şəhər məhkəməsində həbs-qətimkan tədbirinə baxacağı gözlənilir.
Əməliyyat tam məxfilik şəraitində keçirilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












