Boşanan 4 uşaqlı arvadını küçədə GÜLLƏLƏDİ - FOTO

Türkiyədə ər arvadını öldürüb.
Hadisə İzmir şəhərinin Konak qəsəbəsində baş verib. 50 yaşlı Kutbettin Kolaman səhərtezdən işə getmək üçün evdən çıxan 4 uşaq anası 39 yaşlı Recibe Kolamanı izləyib. K. Kolaman bir az sonra 4 yaşlı uşağı ilə gedən arvadını tapança ilə başından atəş açıb. Daha sonra yanına gedərək 2 güllə də vurub və arvadının öldüyünə əmin olub.
Məlumata görə, K. Kolaman mütəmadi olaraq arvadı Recibeyə şiddət göstərib. Bundan bezən qadın ötən ilin noyabrında boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə onun şiddət görməsi ilə əlaqədar qadının ərindən ayrı yaşaması barədə qərar çıxarıb. Onun əri Kutbettin Kolaman isə yaşadıqları evdən arvadına pay verməmək üçün əmlakı qohumuna satıb. Dəfələrlə qadını ölümlə hədələyib. Recibe isə 4 uşağı ilə birgə ərinin satdığı həmin evdə yaşamağa davam edib. Qətlin məhz qadının həmin evdən çıxmadığı üçün baş verdiyi bildirilir.
Hadisədən sonra kişi polisə gedərək təslim olub. Araşdırma aparılır. (lent.az)


Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












