Boşanmağa hazırlaşan ailə qəzaya düşdü – Sakinlərdən ŞOK İDDİA

Mayın 14-də Qazax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kənd sakini Hikmət Əfəndiyev idarə etdiyi "Mersedes" markalı avtomobillə rayonun Çaylı kəndindən keçən hissəsində qəza törədib.
Hadisə zamanı avtomobildə olan sürücü Hikmət Əfəndiyev və iki sərnişin - onun həyat yoldaşı Bahar Əfəndiyeva və qayınanası Çimnaz Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanların hər üçü Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sərnişinlərin vəziyyəti stabil olsa da, Hikmət Əfəndiyevin durumu pisləşdiyinə görə, Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Kənd sakinlərinin Modern.az-a bildirdiyinə görə, Hikmət Əfəndiyev və həyat yoldaşı Bahar Əfəndiyeva boşanma ərəfəsində olub. Onlar ayrılmaq üçün məhkəməyə müraciət etmək qərarına gəliblər.
Yerli sakinlər arasında gəzən fikirlərə əsasən, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, sürücü avtomobildə olarkən həyat yoldaşı və qayınanası ilə mübahisə edib. O, mübahisə zamanı idarəetməni itirərək, qəza törədib.
Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü 3 övlad atasıdır.
Onu da qeyd edək ki, sakinlərin səsləndirdiyi iddiaların real olub-olmadığı araşdırmanın nəticələrindən sonra məlum olacaq.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












