Boşanmaq istəyən həyat yoldaşını ölümlə hədələdi - VİDEO - YENİLƏNİB

İyunun 3-də Şirvan şəhər sakini R.İbrahimov Şəhər Polis Şöbəsinə müraciət edərək kürəkəni R.Quliyevin onu və ailə üzvlərini narahat etməsi, eləcə də boşanmaq istəyən qızını ölümlə hədələməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.az-a bildirib ki, daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qanunvericiliyinə uyğun olaraq zəruri bütün tədbirlər görülüb, tərəflərin izahatları alınıb.
Hazırda faktla bağlı Şirvan ŞPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır, aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
Rusiya vətəndaşı olan, əslən Füzuli rayonunun İşıqlı kənd sakini 10.09.1986-cı il təvəllüdlü Quliyev Ruslan Rəcəb oğlu iddiaya görə ondan boşanmaq istəyən həyat yoldaşını ölümlə təhdid edib. Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
R.Quliyevin təzyiq və işgəncələrinə dözməyən qadın boşanmaq istəyini bildirərək atası evinə qayıdıb. İddia olunur ki, R.Quliyev qadının ata evinə hücum edərək onu təhdid edib.
Görüntüdən məlum olur ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülüb.
Həmin görüntüləri təqdim edirik:
(oxu.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












