Bu binaya fasilələrlə verilən su küçəyə axır... - VİDEO

"Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D massivində yerləşən 12 bloklu binaya su fasilələrlə verilir, veriləndə isə binanın blokuna, həyətə axır”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.
Onların iddiasına görə, binaya suyun qrafiklə verilməsini aidiyyəti qurum qənaətlə əlaqələndirir. Halbuki binaya su verilən saatlarda isə küçəyə axır.
Bildirilib ki, ərazidə çəkiliş aparılan zaman suyun qrafikə uyğun olaraq kəsilmə vaxtı olsa da, həyətdə axan suyun izləri qalmaqda idi. Sakinlər deyirlər ki, su xətləri əsaslı təmir olunmadığına görə problem hər gün yenidən təkrarlanır. Üstəlik, qazılan yerlər də asfaltlanmır ki, bu da sakinlərə əlavə problem yaradır.
Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, həmin ünvandakı qəza ilə bağlı sukanal idarəsi məlumatlıdır. Hazırda qəza briqadası əraziyə yönləndirilib, problemin həlli istiqamətində iş gedir.
Daha ətraflı süjetdə:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












