Bu tikinti şirkətində nöqsanlar aşkarlanıb, yarım milyonluq vergi borcu yığılıb

"1ST Construction" inşaat şirkətinin statistik məlumatların verilməsi qaydalarını pozduğu məlum olub.
Dövlət Statistika Komitəsi şirkətin fəaliyyətində nöqsan aşkarlayıb.
Buna görə də "1st Construction" barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Protokol tərtib olunan maddədə deyilir ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Protokol Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "1st Construction" inşaat şirkətinin əvvəlki adı "Gilan İnşaat" olub. Şirkət iki il əvvəl adını və qanuni təmsilçisini dəyişib. Həmçinin "1st Construction" inşaat şirkətinin hazırda Dövlət Vergi Xidmətinə vergi borcu da yığılıb. Vergi borcunun bu günə olan həcmi 463 488,64 manatdır.
Xatırladaq ki, "Gilan" adı ilə fəaliyyət göstərən şirkətlər daha əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan "Gilan Holdinq"ə bağlı olublar. Sonradan holdinqə daxil "Gilan" adlı şirkətlərin əksəriyyətinin adı dəyişdirilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












