Cəlilabadda ötən gün baş verən qətl hadisəsinin təfərrüatı məlum oldu - FOTO

Cəlilabadda ötən gün baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report”un məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Qarazəncir kəndində küçədə baş verib.
Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov aralarına yaranmış mübahisə zəminində həmkəndlisi 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimova çox saylı bıçaq xəsarətləri yetirərək sonuncunu qətlə yetirib.
Hadisədən sonra R. Aslanov vəfat etmiş Ş. Əzimova məxsus avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Bu zaman o hərəkətsiz halda olan digər iki avtomobilə də zərər vurub.
Rəşad Aslanov polisə gələrək könüllü təslim olub.
Hadisəni törədən şəxs bir neçə il imiş ki, Rusiyada yaşayırmış. O, bir neçə gün öncə vətənə qayıdıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Xatırladaq ki, ötən gün 1985-ci il təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olmuşdu.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












