Cəlilabadda sərnişindaşımada bərbad vəziyyət: Problem niyə həll edilmir? - FOTO

Cəlilabad rayonunda müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar bərbad vəziyyətdədir.
Bu barədə rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, həmin mikroavtobusların istismar müddəti başa çatıb. Sakinlər deyirlər ki, xəttə buraxılan bütün nəqliyyat vasitələri köhnəlib və buna görə də onların texniki imkanları heç bir standarta cavab vermir.
Belə ki, mikroavtobusların döşəmələri çürüyüb, oturacaqları isə yararsız hala düşüb. Buna görə də yayda istidən və tozdan, qışda isə soyuqdan və palçıqdan nəqliyyat vasitələrindən istifadə etmək sərnişinlər üçün əsl problemə çevrilib.
Rayon camaatı bu səbəbdən aidiyyəti qurumlardan xəttə yeni nəqliyyat vasitələrinin buraxılmasını təmin etməyi xahiş ediblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurum tərəfindən ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, sərnişindaşıma bazarında rəqabətli mühitin yaradılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir:
“Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Həmçinin şəhərdaxili marşrutlarda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlarla mütəmadi görüşlər keçirilir. Görüş zamanı sahibkarlara avtobusların yenilənməsi tövsiyə edilir”. (report)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












