Cəlilabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO

Cəlilabadda qətl hadisəsi olub. Kişi qardaşının həyat yoldaşını bıçaqlayaraq öldürüb. Hadisənin torpaq üstündə baş verdiyi iddia olunur. Qətli törədən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Aralarındakı mübahisə qanla bitdi. Kişi qardaşının arvadını öldürdü. Hadisə Cəlilabad rayonunda baş verib. Mərhumun yaxınları iddia edir ki, Mehdi Həsənov Torpaq və ev üstündə qardaşı ilə dava salıb.Bundan əsəbiləşən Mehdi bıçağa əl atıb və qardaşının həyat yoldaşını öldürüb.Martın 31-i saat 20 radələrində Cəlilabad rayonu, Sarxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. aparılmış araşdırmalarla zərərçəkmişin ərinin qardaşı 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Südabə Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanıb. Mehdi Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












