Cəlilabadın kəndindəki məktəb problemi ilə bağlı RƏSMİ CAVAB

Cəlilabadın Uzuntəpə kəndində yaşayan şagirdlərin dörd nömrəli məktəbə getməkdə çətinlik çəkdiyi ilə bağlı iddialara rəsmi cavab verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, hazırda Cəlilabad rayonunun Uzuntəpə kəndində üçü tam və biri ümumi orta olmaqla dörd təhsil müəssisəsi fəaliyyət göstərir:
"Bununla yanaşı, 2023-cü ildə istifadəyə verilmiş Cəlilabad şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi də Uzuntəpə kəndinə yaxın ərazidə yerləşir və ictimai nəqliyyat xəttinin üzərindədir. Odur ki, valideynlər övladlarını yaşadıqları əraziyə yaxın yerləşən digər dörd ümumtəhsil müəssisəsinin hər hansı birinə yerdəyişmə edə bilərlər".
Xatırladaq ki, Cəlilabadın Uzuntəpə kəndində yaşayan şagirdlərin dörd nömrəli məktəbə getməkdə çətinlik çəkdiyi iddia olunur. Qeyd olunub ki, təhsil müəssisəsinin yaşayış məntəqəsindən xeyli uzaqda yerləşir və şagirdlər uzun məsafə qət edir. Taksilər şagirdləri məktəbə aparıb-gətirmək üçün 25 manat tələb edir ki, bunun da ailələr üçün əlçatan olmadığı bildirilir.
***
Cəlilabadın Uzuntəpə kəndində yaşayan şagirdlərin dörd nömrəli məktəbə getməkdə çətinlik çəkdiyi iddia olunur.
Təhsil müəssisəsinin yaşayış məntəqəsindən xeyli uzaqda yerləşdiyi və şagirdlərin uzun məsafə qət etməyə məcbur qaldıqları vurğulanır.
Bildirilib ki, taksilər şagirdləri məktəbə aparıb-gətirmək üçün 25 manat tələb edir ki, bu da ailələrin əksəriyyəti üçün əlçatan deyil.
Məktəbin özünün də nəqliyyat vasitəsinin olmadığı bildirilib.
Problemin hansı səbəblərdən qaynaqlandığı məlum deyil.
Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












