Çimkənddə doğum evi ərazisindəki partlayışda körpə ölüb – YENİLƏNİB + - FOTO - VİDEO

Qazaxıstanın Çimkənd şəhərində doğum evi ərazisində baş verən partlayış nəticəsində qurbanların sayı artıb. Belə ki, hadisə nəticəsində yeni doğulmuş körpə ölüb.
Bu barədə Türküstan vilayətinin səhiyyə idarəsi məlumat yayıb. Bildirilir ki, 18 günlük körpə yeni doğulan üçəmlərdən biri olub. Rəsmi məlumatlara görə, daha 8 nəfər yaralanıb. Qeyd edək ki, xəstəxanalararası aptekdə baş verən partlayış zamanı yaxınlıqdakı hündürmərtəbəli binaya, həmçinin yeddi avtomobilə ziyan dəyib. Partlayışdan sonra doğuşda olan yüzdən çox qadın və uşaq, həmçinin mənzilləri dağılmış 20 sakin təxliyə edilib. Bundan əvvəl bir nəfərin öldüyü bildirilmişdi.
Mənbə: Tengrinews.kz.
11:22
Qazaxıstanın Çimkənd şəhərində doğum evi yaxınlığındakı aptekdə partlayış baş verib. Bu barədə şəhər polis idarəsindən bildirilib. Məlum olub ki, partlayış nəticəsində izotonik məhlulun istehsal olunduğu xəstəxanalararası aptekin binası dağılıb.
Yanğın artıq lokallaşdırılıb. İlkin məlumata görə, partlayışa səbəb qazın yığılması olub. Hadisə nəticəsində nəzarətçi həyatını itirib. Polis hadisənin təfərrüatını araşdırır.
Mənbə: “Sputnik Qazaxıstan”
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












