Çində daşqın səbəbindən küçələr su altında qalıb - VİDEO

Çinin cənubundakı Quandun əyalətində güclü yağışlar nəticəsində daşqınlar baş verib və leysan yağışların yaratdığı sel nəticəsində küçələr su altında qalıb. Əyalətdəki fəlakət və fövqəladə hallar qrupları daşqın bölgələrinə göndərilib və Taishan, Heyuan, Zhuhai, Zhongshan və Shenzhen şəhərlərində qırmızı həyəcan siqnalı verilib.
Quandun Meteorologiya Xidmətindən verilən açıqlamada bütün əyalətdə sarı və narıncı xəbərdarlıqların edildiyi bildirilib. Dörd çayın daşqın təhlükəsi səviyyəsini keçdiyi Quandunda risk altında olan ərazilərdə yaşayan minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib. Şiddətli yağış səbəbindən əyalətdə parklar və mədəniyyət obyektləri bağlanıb, bəzi əyalətlərdə uşaq bağçaları, ibtidai məktəblər və liseylərdə 2 gün müddətinə təhsil dayandırılıb. Bir çox şəhərdə qatarların hərəkəti dayandırılıb, həmçinin əyalətdə bərə xidmətləri də ləğv edilib. Quandun Meteorologiya Xidmətinin məlumatına görə, əyalətdə güclü yağışların bu gün və sabah da davam edəcəyi gözlənilir.
Mənbə: Sabah.com.tr
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












