Corat sakini qətlə yetirildi

Prokurorluq Corat qəsəbəsində baş verən qətl barədə məlumat yayıb.
Sumqayıt şəhər prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırda iş üzrə istintaq davam edir.
***
Bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












