Cüdoçunu öldürən idmançının məşqçi atası danışdı

Sosial şəbəkələrdə yazırlar ki, guya mənim pulum çoxdur, oğlumu həbsdən yayındıracağam. Bir qisim insan da yazır ki, həyatını itirən uşağın atası məhkəmə işçisidir, oğlumun ağır cəza almasına çalışacaq. Əvvəla, onun atası taksi sürücüsüdür, mən də quru maaşa işləyən bir məşqçiyəm. Məşqçinin aylıq maaşdan başqa hansı imkanları ola bilər?!
Avtosfer.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında 16 yaşlı cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan idmançı Ruslan Səfixanovun atası, əməkdar məşqçi Elçin Səfixanov deyib.
O, hadisə zamanı özünün orada olmadığını bildirib:
“Oğlum həmin vaxt ora özündən aşağı yaş qruplarının yarışını izləməyə gedib. Özü dekabr ayında güləşəcəkdi. Kolbasa alıblar ki, oturub bir tikə yesinlər. Doğramaq üçün bıçaq olmayıb və gedib yaxınlıqdan 3 manata bıçaq alıb gətiriblər. Yedikdən sonra tələsib ki, getsin özündən kiçik olan dostunun yarışını izləsin. Deyilənə görə, yol istəyib, qarşı tərəf narazılıq edib və nəticədə əlbəyaxa olublar. Sonu da belə… Vallah, övladım olduğu üçün demirəm, Ruslan belə uşaq deyildi”.
E.Səfixanov mərhum yeniyetmənin ailəsi ilə görüşə bilmədiyini deyib:
“Çox istəyərəm, o ailə ilə görüşüm, amma indi bu, mümkün deyil. Kaş belə olmazdı. Allah şahiddir, bilsəm ki, mən ölsəm, onların övladları diriləcək, deyərəm, gəlin məni öldürün, təki övladınız geri qayıtsın. Kaş mən ölərdim, bu günü görməzdim. Elə bilirəm ki, mənim də oğlum ölüb. Bu mənim ailəmdə ola biləcək bir hal deyildi.
Hər iki gəncin həyatı puç oldu. Mənim də bir valideyn kimi arzularım var idi: oğlum akademiyada təhsil alırdı, sevinirdim ki, gələcəkdə güc strukturunda işləyəcək, dövlətə, xalqa faydası toxunacaq. Bütün arzularımı ürəyimdə saxladı. Elə qarşı tərəfin də bütün arzuları puç oldu. Kaş mən ölərdim, amma bu məqamı görməzdim. Bu qismətlə nə razılaşıram, nə də barışıram. Belə olmalı deyildi. O biri ailə indi hansı vəziyyətdədir, Allah bilir. Bu elə bir dərddir ki, izahı yoxdur. Mənim də, ölən uşağın valideynlərinin də bütün həyatı bitdi. Allah heç kimə bala dərdi verməsin. Arzularını üzərində qurduğun övlad belə edirsə, necə rahat yaşamaq olar? O mənim sonbeşiyim idi. Mən onu zülmlə, alın tərimlə böyütmüşəm”.
Elçin Səfixanov onun ailəsini sosial şəbəkələrdə təhqir edənlərə səslənib:
“Bizi təhqir edib, haqqımızda hər sözü yazırlar. Xahiş edirəm ki, məni də, ailəmi də soruşub, araşdırın. Görün, bir insan bizim ailəmiz haqqında mənfi söz deyəcəkmi?! Ömür boyu ailəmə halal çörək yedirmişəm. Bu hadisə məni dərindən sarsıtdı, hələ də özümə gələ bilmirəm".
axar.az
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO
"Bandotdel" ƏMƏLİYYAT KEÇİRDİ - 3 nəfər saxlanıldı - VİDEO
İş adamı tanışlarının maşınına narkotik qoydurmaq istədi - HƏBS EDİLDİ











