Dağılan yol bərpa edilmir - Sakinlər narazıdır - VİDEO

Lənkəranda 250 ailəlik 5 binanda yaşayan sakinlər məhəllənin daxilində olan yolun yararsız vəziyyətə olmasından narazıdırlar. Məhəllədə təmir işləri getmədiyi üçün binaların qarşısındakı asfalt örtüyü tamamı ilə dağılıb. Nəticədə ərazidə yaşayanlar qışda palçıqdan, yayda isə tozdan əziyyət çəkirlər.
Daş, cınqıl, kafel qırıntıları, çala-çuxurlu məhəllə yolu. Görüntülər Lənkərandandır. Şəhərin Hənifə Abdullayev küçəsində yaşayan 5 bınanın sakinləri uzun illlərdir ki, yaşadıqları binaların həyətyanı sahəsində asfalt örtüyünün dağılaraq sırdan çıxmasından əziyyət çəkirlər. Sakinlər məsələ ilə bağlı aiddiyyəti qurumlara dəfələrlə müraciət ediblər...Lakin edilən müraciətlər nəticəsiz qalıb. Məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, son illərdə şəhərin bir sıra ərazilərində olduğu kimi mikrorayon massivində də ABAD həyət layihəsinə uyğun işlər davam etdirilir. Şəhərin bir sıra yaşayış massivlərində, o cümlədən sözügedən ərazidəki çoxmərtəbəli yaşayış binalarının qarşısındakı yolların, eləcə də həmin ərazidə uşaq-əyləncə avadanlıqlarının quraşdırılması, istirahət parklarının salınması, həmçinin digər kompleks abadlıq-quruculuq iişlərinin aparılması şəhərin sosial-iqtisadi inkişafına dair tədbirlər planına daxil edilib. Bu istiqamətdə aparılan işlər mərhələli şəkildə həyata keçirilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












