Daha bir tiktoker həbs edildi

Azərbaycanda daha bir tiktoker həbs edilib.
Tiktok sosial şəbəkəsində məşhurlaşan Əmrah Məhərrəmov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən protokol tərtib edilib.
Ə.Məhərrəmov Nərimanov Rayon Məhkəməsinə göndərilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.
Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir neçə tiktokerdən DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstana getdiyi üçün saxlanılması mümkün olmayıb. Bu gün ölkəyə gələn Ə.Məhərrəmov saxlanılıb.
Bildirilib ki, o, daha əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə saxlanılıb və həbsdə olub.
Qeyd edək ki, Əmrah Məhərrəmov son bir ayda həbs edilən dördüncü tiktokerdir. Mart ayında tanınmış tiktokerlər: “Daqqılı” ləqəbli Ziliş Cəfərov, Səbuhi Xanlarov və “Ömər” ləqəbli Rövşən Camirzəyev inzibati qaydada həbs edilib. Onlar da xırda xuliqanlıq əməlində təqsirli biliniblər.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












