Danışmaq adı ilə mobil telefonlar istəyib, oğurlayan şəxs saxlanılıb - FOTO

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı onun telefonla danışmaq adı ilə zərərçəkənlərə yaxınlaşdığı daha sonra onların gözündən yayınaraq mobil telefonlarla birlikdə hadisə yerindən yayındığı müəyyən edilib. Fuad Soltanovun paytaxtın bir neçə rayonunda analoji cinayətlər etdiyi müəyyən edilib. Nizami rayonunda isə o, əldə etdiyi mobil telefonlardan birində zərərçəkənə məxsus bank kartının məlumatlarından istifadə edərək 995 manat pulu da öz hesabına köçürərək oğurluq edib.
Faktla bağlı Nizami RPİ-nin 25-ci PŞ-də araşdırmalar davam etdirilir.
Fuad Soltanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO















