Daşkəsəndə güclü leysan və dolu yağışı təbii fəlakətə səbəb olub - FOTO - VİDEO

Daşkəsənə dolu yağıb.
Avtosfer.az xəbər verir ki, saat 19 radələrində rayon ərazisində dolu ilə yanaşı güclü leysan yağışı yağıb. Rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib. Sel suyu Çanaqçı ilə digər kəndi birləşdirən körpünü tamamilə dağıdıb. Alaxançallı kəndi ərazisində isə sel suyu bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb. Bir neçə avtomobili çay aparıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb. İnsan itkisi və xəsarət alan yoxdur. Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.(Apa)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












