Daşkəsəndə restoranda dava olub, xəsarət alan var - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbə sakini, 1997-ci il təvəllüdlü İlkin Cəfərovun sol gözünün üst nahiyəsinin çapılmış, aşa nahiyəsinin isə hematoması və şişkinliyi xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq araşdırmalar nəticəsində məlum olub ki, İ. Cəfərov qonaq qismində iştirak edən rayon ərazisindəki mərasim evlərinin birində həmyerlisi Ramin Məmmədov ilə şəxsi münasibətlər zəminində mübahisə edib və sonuncu ona qeyd edilən xəsarətləri yetirib. Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir
***
Daşkəsən şəhərində yerləşən restoranların birində qonaqlar arasında yaşanan mübahisə davaya çevrilib, xəsarət alan var.
Dava rayon sakinlərindən birinin övladının orta məktəbi bitirməsi münasibəti ilə təşkil etdiyi məclisdə baş verib.
Nəticədə Daşkəsən rayon sakini, 1997-ci il təvəllüdlü İ.Cəfərov baş və üz nahiyəsindən xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi isə hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (report)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












