DƏHŞƏT: Qayınata model gəlinini doğrayıb soyuducuya qoydu - FOTO

Honq-Konqlu model Abbi Çoy, karyerası yüksələn bir vaxtda dəhşətli qətlin qurbanı olub.
28 yaşlı Çoyun parçalanmış cəsədi keçmiş qayınatasının kirayədə qaldığı təmirsiz evdə tapılıb.
Belə ki, modellik edən Abbi Çoyun yoxa çıxmasından sonra polis apardığı araşdırmalar nəticəsində dəhşətli həqiqətlə üzləşib. Onun parçalanmış cəsədi Lunq Mey adlı çimərlik yaxınlığındakı kənddə kirayəlik evdəki soyuducunun içərisində tapılıb. Amma bədbəxt modelin bədənindən ayrılan başı hələ də yoxdur.
Məlum olub ki, sözügedən ev ötən cümə günü Abbi Çoyun keçmiş qayınatası tərəfindən icarəyə götürülüb. Polis modelin şəxsiyyət vəsiqəsi, kredit kartları və gənc modelə məxsus digər əşyalarını da həmin evdə tapıb. Evdən həmçinin ət kəsən, mişar kimi alətlər də götürülüb.

Bu dəhşətli kəşfdən sonra Abbi Çoyun keçmiş əri və qayınatası həbs edilib. Çin və Honq-Konq mətbuatında çıxan xəbərlərə görə, həbs olunanlar arasında Abbi Çoyun keçmiş qaynı da var.
İddialara görə, Abbi Çoyun belə dəhşətli qətlin qurbanı olmasının səbəbi gənc modelin keçmiş həyat yoldaşı və ailəsi ilə yaşadığı maliyyə mübahisələri olub. Müxtəlif mənbələrə görə, Çoyla keçmiş həyat yoldaşının ailəsi arasında 100 milyon Honq-Konq dollarından (təxminən 21 milyon manat) çox problemlər olub. Mənbələrdən birinə görə, mübahisəyə səbəb yüksək qiymətli əmlak olub. (lent.az)

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













