Əmi və qardaşıoğlu dənizdə batdı - Uşağın axtarışı davam edir

Hadisə 3 Avqust 2026 20:27
Əmi və qardaşıoğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
WhatsApp kanalımıza abunə olun

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində bir nəfərin batdığı ehtimal olunur.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hazırda 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qafqazinfo xəbər verir ki, 15 yaşlı yeniyetmə dənizdə əmisi ilə birgə batıb. Əminin meyiti sudan çıxarılsa da, uşağın axtarışları hələ də davam edir.

Oxunub : 300
ŞƏRH YAZ
Ad

E-mail

Şərh