Süd məhsulları ilə bağlı YENİ QƏRAR - Qiymətlər artacaq? - VİDEO

Bazarlarda alıcıların ən çox üstünlük verdiyi mallardan biri də süd məhsullarıdır. Lakin bu məhsulların mənşəyi, istehsal yeri, eləcə də son istifadə tarixlərinin məlum olmaması istehlakçılar arasında suallar yaradır.
Məhz bu səbəbdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ağartı məhsullarının mərhələli şəkildə etiketlənməsinə başlayıb. İlkin olaraq Bakının "Yaşıl bazar"ında tətbiq edilən bu prosesin növbəti mərhələdə paytaxtın digər bazarlarını və regionları da əhatə etməsi nəzərdə tutulub.
Yeni qaydalara əsasən, etiketlərdə məhsulun istehsalçısı, mənşəyi və yararlılıq müddəti kimi vacib məlumatlar öz əksini tapacaq. Bəs etiketlənmə bazardakı qiymətlərə necə təsir edəcək?
İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirib ki, proses sahibkarlar üçün müəyyən əlavə xərc yaratsa da, bu, kəskin qiymət artımına səbəb olmayacaq:
"Məhsulların etiketlənməsi və qablaşdırılması, xüsusilə ilkin dövrdə sahibkar üçün əlavə xərc deməkdir. Lakin bu xərclər ciddi qiymət dəyişikliyinə gətirib çıxarmamalıdır. Qərarın effektivliyi və cəmiyyət üçün faydası daha böyükdür. Qida təhlükəsizliyini və keyfiyyətini təmin edən bu mexanizm həm də keyfiyyətsiz məhsul təklif edən və vergidən yayınan subyektlərin aşkarlanmasına imkan yaradacaq".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












