Dəyəri 20 milyon manat olan 512 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO - FOTO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi son bir ay ərzində “qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan əsas pirioritet istiqamətlərdən biridir. Bu sahədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ay ərazində də intensiv əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə - kokain, heroin, tiryək, marixuana, psixotrop maddə - metamfetamin, eləcə də 13 min ədəd ekstazi və metadon həbi çıxarılıb. Əməliyyatlar paytaxtla yanaşı Sumqayıt şəhəri, Abşeron rayonu, bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, eləcə də Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













