“Direktorun dediklərini etməkdən çəkindiyim üçün məni işdən çıxardı” - FOTO

“Heydər Əliyev adına Liseyin direktoru Sevinc Orucova vaxtilə Ramiz Mehdiyevin adından istifadə edib “at oynadırdı”. İndi də 9 ildir işlədiyim liseydən məni əsassız olaraq çıxarıb”.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya adıçəkilən liseydə tibb bacısı olaraq çalışmış Aidə Nəsibova müraciət edib.
O bildirib ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qohumu olan direktorun bu addımı atması üçün heç bir əsaslı səbəb olmayıb: “Sevinc Orucova Rafiq qızının əsassız şikayətlərinə görə işdən çıxarılmışam. Mən bu liseyə 2 nömrəli uşaq poliklinikası tərəfindən göndərilmişdim. Ora da vəziyyətimi bildirmişdim ki, 3 atasız övladım var. Artıq 8 ildən çoxdur buradayam. Lakin direktor hər yerdən mənə təzyiq edir. Dekabrın 3-ü poliklinikadan çağırıb dedilər ki, “direktorun şikayətləri əsasında səni liseydən çıxarırıq”. Əslində məlum məsələ idi, çünki direktor məni hələ çıxarmamışdan əvvəl demişdi ki, “bura dəyirman deyil ki, pul vermədən işləyəsən...”
Məndən 2 min manat pul tələb etdi. Bildirdi ki, liseydəki bəzi şəxslərlə münasibətlərimi pisləşdirim. Mən isə bunu etməkdən çəkinirdim. Elə buna görə də haqqımda heç bir əsası olmayan şikayətlərlə işdən çıxmağıma səbəb oldu. Himayəmdə xəstə anam da var. Axı bu, vicdansızlıqdır. Heç bir köməyim yoxdur. Ona görə də burada işləməyə məcburam. Lisey isə düz evimin yanında olduğu üçün mənə uyğun idi”.
A.Nəsibova direktorun, həmçinin məktəbdə təhsil alan uşaqlara da psixoloji təzyiq etdiyini iddia edib: “Uşaqlar da çətin vəziyyətdədir. Valideyinləri əlacsız qoyub. Neçə uşaq psixoloji müalicə alır. Onlara KSQ və BSQ adı altında aşağı qiymət yazdırır. Bundan sonra isə valideynlərdən 500 AZN tələb edərək qiymətləri düzəldir”.
Fotoda: Sevinc Orucova
.jpg)
Məsələ ilə bağlı Heydər Əliyev adına Liseyə sorğu ünvanladıq. Liseydən sorğumuza cavab olaraq bildirildi ki, 2 nömrəli uşaq poliklinikasından liseyə təhkim olunmuş tibb bacısının çalışdığı səhiyyə müəssisəsi tərəfindən geri çağırılması müvafiq prosedur qaydalara əsaslanır: “Onun liseyə təhkim olunduğu dövrdəki fəaliyyətində pedaqoji mühitə uyğun olmayan davranışları da geri çağırılmasının səbəbləri sırasında yer alır.
Bütün bunlar nəzərə alınaraq 3 dekabr 2025-ci il tarixində 2 nömrəli uşaq poliklinikasının əmrinə əsasən onun liseydəki fəaliyyətinə xitam verilib və təhsil müəssisəsinə başqa tibb bacısı təhkim olunub. Tibbi bacısının liseyin rəhbərliyinə aid digər iddiaları isə tamamilə əsassızdır”.
Xatırladaq ki, Sevinc Orucovaya 2020-ci ildə Elm və təhsil nazirinin əmri ilə töhmət verilmişdi. Buna səbəb onun sərt karantin rejiminin tətbiq edildiyi vaxtda Ramiz Mehdiyevin nəvəsinin toyunda xüsusi karantin rejimi qaydalarını pozması olmuşdu.
Bu, lisey direktorunun adının yer aldığı ilk qalmaqal deyil. S.Orucova həmçinin ötən il liseyin məzunlarından birini “Son zəng”ə gəlməsinə icazə verməyib. Bununla bağlı şagirdin anası paylaşım edib. O bildirmişdi ki, məktəbdən tədbir üçün tələb olunan 300 manatı maddi baxımdan ödəyə bilmədiyi üçün qızı direktor tərəfindən “Son zəng”ə buraxılamayıb.
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Məzun gecəsi qalmaqalı: Təşkilatçı şirkətin rəhbərliyi polisə çağırıldı?
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO










