DİN əməliyyat keçirdi: narkotacirlər saxlanıldı - FOTO - VİDEO

Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, içərilərində qadın narkotacir də olan ümumilikdə 7 nəfər saxlanılıb. Belə ki, Maştağa qəsəbə sakini Malik Qədimovun yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib. O, Maştağada narkotiklərin satışını təşkil edən əsas şəxslərdən biri olub. Araşdırma zamanı onun narkotikləri iranlı narkotacirdən aldığı müəyyən edilib. Malik Qədimovun paytaxtda narkotiklərin satışını təşkil etmək üçün yaratdığı narkoşəbəkənin digər üzvləri də saxlanılıb. Tədbirin davamı olaraq 5 nəfər saxlanılıb. Bu şəxslərdən də əlavə olaraq hazır bükümlər şəklində satış üçün qablaşdırılan külli miqdarda heroin, metamfetamin və marixuana aşkar olunub.
Sabunçu polisinin keçirdiyi digər əməliyyat zamanı isə Savalan yaşayış massivində narkotik vasitələrin satışı ilə məşğul olan Elnarə Ələkbərova saxlanılıb. Onun yaşadığı evdən marixuana, heroin və metamfetamin aşkar olunub. E.Ələkbərova ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Mübarizə tədbirləri davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO














